DÇ-2026: Son oyunların NƏTİCƏLƏRİ - VİDEO

DÇ-2026: Son oyunların NƏTİCƏLƏRİ - VİDEO

Hazırda oxunan: DÇ-2026: Son oyunların NƏTİCƏLƏRİ - VİDEO
621402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikasının (CAR) komandası Cənubi Koreya millisi ilə üz-üzə gəlib.

Bizim.Media  xəbər verir ki, Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyunu keçirilib.  A qrupunun III turunun matçında birinci hissədə hesab açılmayıb. İkinci hissədə Şimali Amerika təmsilçisi Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Meksika A qrupunda maksimum nəticə göstərib.

Futbol üzrə dünya çempionatında Mərakeş millisi ilə Haiti arasında oyun keçirilib. C qrupunun III turunun matçında 10-cu dəqiqədə Haiti millisindən Lenni Jozef hesabı açıb - 1:0. Oyunun 39-cu dəqiqəsində Mərakeş millisində Əşrəf Hakimi hesabı bərabərləşdirib - 1:1. Matçın 43-cü dəqiqəsində Vilson İzidor Haiti millisini hesabda önə keçirib - 2:1. Daha sonra Mərakeş yenidən hesabı bərabərləşdirib - 2:2. Belə ki, 45+1-ci dəqiqədə İsmael Sayberi fərqlənib. Oyunun 78-ci dəqiqəsində Sufiyan Rahimi Mərakeş millisini irəli çıxarıb. Daha sonra 89-cu dəqiqədə C qrupunun III turunun matçında Mərakeş millisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 4:2. Qolu Casim Yasin vurub. Beləliklə, Mərakeş millisi Haitini məğlub edərək C qrupunun ikincisi olub.

Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyunu keçirilib. C qrupunun III turunun matçında Braziliya millisi hesabı açıb - 1:0. Oyunun 7-ci dəqiqəsində Vinisus rəqib müdafiəçilərin səhvini bağışlamayıb. Oyunun 45+3-cü dəqiqəsində Vinisus dubl müəllifi olub. Daha sonra Braziliya üstünlüyünü möhkəmləndirib 3:0. Qarşılaşmanın 60-cı dəqiqəsində Mateus Kunya fərqlənib. Beləliklə, Braziliya C qrupunu lider kimi başa vurub.

Futbol üzrə dünya çempionatında Qətər və Bosniya və Herseqovina milliləri B qrupunda son tur matçına çıxıblar. Oyunun 29-cu dəqiqəsində bosniyalı Kərim-Sem Alaybeqoviç hesabı açıb. Oyunun 34-cü dəqiqəsində qətərli Sultan Əl-Brake öz qapısına qol vurub. Görüşün 43-cü dəqiqəsində qətərli Hasan Əl-Haydos hesabı dəyişib - 1:2. İkinci hissədə, 80-ci dəqiqədə bosniyalı Ermin Mahmiç fərqi artırıb - 3:1. Beləliklə, Avropa təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Bu qələbə onlara 4 xalla B qrupunda üçüncü olmağa imkan verib. Onlar 1/6 finala çıxmaq şanslarını qoruyurlar. Qətər millisi isə 1 xalla qrup sonuncusu kimi mundialı tərk edib.

Üçüncü turda qrupun liderləri İsveçrə və Kanada milliləri qarşılaşıblar. Kanada - İsveçrə oyununda 46-cı dəqiqədə Ruben Varqas Avropa millisini irəli çıxarıb. Oyunun 57-ci dəqiqəsində Yoan Manzambi hesabı 2:0 edib. Oyunun 76-cı dəqiqədə kanadalı Promis Devid fərqlənib - 1:2. Beləliklə, üçüncü III turda Kanada millisi 2:1 hesablı qələbə qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO