Sevastopoldan sonra işğal altındakı Xerson vilayəti də qaranlığa qərq oldu - FOTO

Sevastopoldan sonra işğal altındakı Xerson vilayəti də qaranlığa qərq oldu - FOTO

Hazırda oxunan: Sevastopoldan sonra işğal altındakı Xerson vilayəti də qaranlığa qərq oldu - FOTO

621189

Krımın Sevastopol şəhərində baş verən kütləvi elektrik kəsintisindən sonra oxşar vəziyyət Xerson vilayətinin Rusiyanın işğalı altında olan hissəsində də təkrarlanıb. Regionun bütün dairələrində işıq tamamilə və ya qismən sönüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı işğalçı administrasiyanın nümayəndələri və yerli sosial şəbəkə kanalları yayıb.
 

Məlumata görə, regionda elektrik enerjisinin kəsilməsi genişmiqyaslı xarakter daşıyır və demək olar ki, bütün yaşayış məntəqələrini əhatə edib. Kəsintinin dəqiq səbəbləri və qəzanın nə vaxt aradan qaldırılacağı barədə hələlik rəsmi və ətraflı məlumat verilməyib.


Xatırladaq ki, bundan əvvəl Sevastopol şəhəri də analoji problemlə üzləşmiş və yarımadanın əsas infrastruktur obyektlərində ciddi elektrik böhranı yaranmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO