Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı - VİDEO

Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı - VİDEO

Hazırda oxunan: Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı - VİDEO

620305

Türkiyədə iyunun 17-si İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Ərhan Karaal qaçırılıb.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, o, bu gün Tuzlada yerləşən tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.

Karaalın İstanbulun Maltəpə bələdiyyəsində evinin qarşısından qaçırılması ilə bağlı başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.
 

Saxlanılan şəxslərdən biri əvvəllər çalışdığı yerdən çıxarılan şəxs, ikisi isə əvvəllər İBB ilə əməkdaşlıq edən podratçı şirkətin 2 əməkdaşı olub. Həmin şəxslərin Yerəbatan Sarnıcının Mədəniyyət Nazirliyinə verilməsindən sonra tender ala bilmədiyi və yeni tenderlərin verilməsi üçün Ərhan Karaala təzyiq etdiyi müəyyən olunub.


Bundan başqa, Ə.Karaalın qaçırılmasının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri ortaya çıxıb. Görüntülərdə 3 nəfərin onun qarşısını kəsdiyi, qollarından tutub zorla avtomobilə mindirdiyi görünür.

Sözügedən video Türkiyə gündəmini zəbt edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO