Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

Hazırda oxunan: Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

620031

Moskvaya edilən kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumu paytaxtın hava nəqliyyatında ciddi böhrana səbəb olub.

Bizim.Media rəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, hücum dalğası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbindən aeroportlarda ümumilikdə 527 reys ləğv edilib və ya təxirə salınıb.
 

Sosial şəbəkələrdə yayılan görüntülərdən xüsusilə "Şeremetyevo" beynəlxalq hava limanının qeydiyyat zonalarında və terminallarında minlərlə sərnişinin sıx şəkildə toplandığı, böyük növbələrin yarandığı görünür.


"Vnukovo", "Domodedovo" və "Şeremetyevo" aeroportlarında təhlükəsizlik məqsədilə reyslərin qəbulu və yola salınması dayandırılsa da, sonradan məhdudiyyətlərin rəsmən aradan qaldırıldığı elan olunub. Buna baxmayaraq, uçuş cədvəlində yaranan kəskin gecikmələr səbəbindən hava limanlarında xaos və sərnişin sıxlığı hələ də davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO