Bu gün səhər saatlarında Moskva şəhərində yerləşən “Sadovod” bazarının ərazisinə dron qalıqları düşüb.
Bizim.Media-ya daxil olan məlumata görə, dronların əsas hədəfi Kapotnya rayonunda yerləşən Neftayırma zavodu olub. Hücum nəticəsində zavodda yanğın baş verib.
Dron qalıqlarının bir hissəsi azərbaycanlıların kütləvi şəkildə fəaliyyət göstərdiyi “Sadovod” bazarının ərazisindən də yan keçməyib. Nəticədə Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan iki nəfər xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində digər yaralıların da olduğu ehtimal edilir.
Hadisədən sonra “Sadovod” bazarının fəaliyyətinin dayandırıldığı və ərazinin bağlandığı bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




































































































