İranın Livandakı səfirliyinin “X” hesabında etdiyi paylaşım sosial mediada geniş narazılıq yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Paylaşımda iki ölkənin əlaqəli taleyinə işarə olunaraq xəritə üzərində “Livan İranın ürəyidir” ifadəsi yer alıb.
Bu paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Bəzi şərhçilər İranı Livanda gərginliyi artırmaqda və ölkəyə “xaos gətirməkdə” ittiham ediblər.
Digərləri isə Tehranı Livanın daxili işlərinə qarışmamağa çağırıblar.
Paylaşım ətrafında yaranan müzakirələr bölgədə gərgin siyasi atmosferi bir daha gündəmə gətirib.

Bizim.Media

- A-
- A
- A+
Region
13:33 / 09.06.2026
İran səfirinin bu paylaşımı QALMAQAL YARATDI - FOTO
Hazırda oxunan: İran səfirinin bu paylaşımı QALMAQAL YARATDI - FOTO
Hazırda oxunan: İran səfirinin bu paylaşımı QALMAQAL YARATDI - FOTO
618192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































