Makron Ermənistan seçkilərindən danışdı: "Rusiyanın müdaxiləsini kəşfiyyatımız təsdiqləyib" – VİDEO

Makron Ermənistan seçkilərindən danışdı: "Rusiyanın müdaxiləsini kəşfiyyatımız təsdiqləyib" – VİDEO

Hazırda oxunan: Makron Ermənistan seçkilərindən danışdı: "Rusiyanın müdaxiləsini kəşfiyyatımız təsdiqləyib" – VİDEO

617858

Fransa Prezidenti Emmanuel Makron Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib. Makron Rusiyanın Ermənistandakı seçki prosesinə birbaşa müdaxilə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Fransa lideri Rusiyanın seçkilərə müdaxilə faktının, o cümlədən Fransa xüsusi xidmət orqanları tərəfindən dəqiq müəyyən edildiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, Paris xarici müdaxilələrə, təxribatlara və manipulyasiyalara qarşı birgə müqavimət göstərmək üçün İrəvanla sıx əməkdaşlıq edir:
 

"Ermənistandakı seçkilərdə Rusiya tərəfindən genişmiqyaslı müdaxilələr qeydə alınıb. Lakin Ermənistan xalqı öz suverenliyinə və müstəqilliyinə böyük dəyər verir. Fransa bu cür kənar müdaxilələrin ifşa olunmasında Ermənistana hər cür köməklik göstərəcək".


Emmanuel Makron qeyd edib ki, regional təhlükəsizlik və sabitliyin qorunması fonunda Fransa bundan sonra da Ermənistanın müstəqil dövlətçilik xəttini dəstəkləməkdə davam edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO