“Taliban” qadınların geyiminə nəzarəti sərtləşdirib: burka taxmayanlar SAXLANILIB

“Taliban” qadınların geyiminə nəzarəti sərtləşdirib: burka taxmayanlar SAXLANILIB

Hazırda oxunan: “Taliban” qadınların geyiminə nəzarəti sərtləşdirib: burka taxmayanlar SAXLANILIB

617765

“Taliban”ın Yaxşılığa Çağırış və Pis İşlərdən Çəkindirmə Nazirliyinə bağlı əməkdaşların Herat şəhərinin sıx məskunlaşmış ərazilərində fəaliyyətlərini genişləndirdiyi bildirilir.

Bizim.Media “İndependent Persian” nəşrinə istinadla xəbər verir ki, Heratda bir neçə qadın və qız burka və baş örtüyü taxmadıqları səbəbilə saxlanılıb.
 

Nəşrin məlumatında qeyd olunub ki, onlar uzun və geniş geyimlərdə olsalar da, “Taliban”ın müəyyən etdiyi geyim qaydalarına əməl etmədikləri əsas gətirilərək həbs ediliblər. Hadisə yerli ictimaiyyət və sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.


Müşahidəçilər qeyd edirlər ki, Heratda qadınların geyimlərinə görə saxlanılması və məhkəmə qarşısına çıxarılması əvvəllər geniş yayılmış hal olmayıb.

Belə ki, “Taliban” son illərdə qadın və qızların ictimai həyatda iştirakına dair məhdudiyyətləri daha da sərtləşdirib. Onlar hesab edirlər ki, tətbiq olunan qaydalar ölkənin müxtəlif bölgələrində mövcud olan sosial və mədəni fərqləri nəzərə almır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO