Əraqçi: Müharibənin yenidən başlaması ABŞ üçün çoxlu “sürprizlər” gətirəcək

Əraqçi: Müharibənin yenidən başlaması ABŞ üçün çoxlu “sürprizlər” gətirəcək

Hazırda oxunan: Əraqçi: Müharibənin yenidən başlaması ABŞ üçün çoxlu “sürprizlər” gətirəcək

614276

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasının ABŞ üçün yeni “sürprizlər” yaradacağını bildirib.

Bizim.Media xəbər verir ki, iranlı diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
 

“Əldə olunan təcrübə və bilikləri nəzərə alsaq, müharibəyə qayıdış daha çox sürprizlər gətirəcək”, – deyə Əraqçi qeyd edib.


O bildirib ki, İranla müharibənin başlamasından bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edib.

Nazirin sözlərinə görə, İran silahlı qüvvələri ilk dəfə olaraq geniş reklam edilən Lockheed Martin F-35 Lightning II qırıcılarını vurmağa nail olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO