"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

"BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

Hazırda oxunan: "BƏƏ-yə qarşı daha sərt davrana bilərik" – İran rəsmisi

613985

Birləşmiş Ərəb Əmirlikləri bizə qarşı ABŞ və İsraillə əməkdaşlıq etməyə davam edərsə, bu ölkəyə qarşı daha sərt davranacağıq.

Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri deyib.
 

"Birləşmiş Ərəb Əmirlikləri özlüyündə əhəmiyyətli deyil, yalnız ABŞ və İsrailin dəstəyi ilə İslam Respublikasına qarşı hərəkətlər edə bilib”, - o, bildirib.


Kövsəri İranın qonşu ölkələri İsraildən xilas etmək istədiyini iddia edib:

“Bunlar bizim qonşularımızdır, həmişə onların vəziyyətini nəzərə almışıq və onları İsrailin əlindən xilas etmək istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO