Mayın 15-də Ankarada Prezident Kompleksindəki Milli Konqres Mərkəzində Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və SOCAR-ın dəstəyi ilə təşkil olunan tədbirdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu, rəsmi qurumların, parlamentin və qardaş ölkənin Silahlı Qüvvələrinin nümayəndələri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, kursantlar, diaspor fəalları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan dövlətinin nailiyyətlərinə həsr olunmuş videoçarxın nümayişindən sonra səfir Rəşad Məmmədov tədbir iştirakçılarına salamlama nitqi ilə müraciət edib.
O, İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) irsinin əhəmiyyətini vurğulayıb və cümhuriyyətin qurucularının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıb.
Diplomat Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin müdafiəsi və inkişafındakı misilsiz xidmətlərini xatırladıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfənin danılmaz olduğunu vurğulayıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Ə.Uraloğlu Prezident Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edib.
Nazir bütün Türk dünyasının maraqları naminə Ankara və Bakının səylərinin bundan sonra da birləşdirilməsinin vacibliyini vurğulayıb və müasir Azərbaycanın nailiyyətlərini, ölkəmizin Türk dünyasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsindəki səylərini alqışlayıb.
Tədbir sənətçilərin konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycanın nailiyyətlərinə, eləcə də Bakı ilə Ankara arasında əməkdaşlıq mövzusuna dair fotosərgi təşkil olunub.









Bizim.Media

- A-
- A
- A+
Region
23:11 / 15.05.2026
Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO
Hazırda oxunan: Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO
Hazırda oxunan: Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO
613422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































