İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

Hazırda oxunan: İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

612335

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran xalqı heç vaxt düşmənləri qarşısında baş əyməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Pezeşkian vurğulayıb ki, istənilən danışıqlar planı kapitulyasiya və ya geri çəkilmə kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, dialoqun məqsədi İran xalqının hüquqlarını təmin etmək və milli maraqları qətiyyətlə müdafiə etməkdir.

Tehranda Pezeşkianın iştirakı ilə ABŞ-İsrail müharibəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işçi qrupun iclası keçirilib.

İclasda İran Prezidenti zərər görmüş ərazilərdə, xüsusilə yaşayış evlərində bərpa işlərinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, zərərçəkmiş ailələrin psixoloji təhlükəsizliyi və mənəvi rahatlığının təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir.

Pezeşkian əlavə edib ki, bütün icra strukturları dövlət xidmətlərinin göstərilməsi istiqamətində maksimum koordinasiya, sürət və birlik nümayiş etdirməlidir.

İran Prezidenti həmçinin qeyd edib ki, dağıntıların miqyasını nəzərə alaraq ölkə ictimai həmrəyliyə, sosial institutların dəstəyinə və geniş əməkdaşlığa ehtiyac duyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO