"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

Hazırda oxunan: "Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

609227

Aprelin son günlərində Türkiyəyə güclü qar yağıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qars və Ərzuruma gecədən yağmağa başlayan güclü qar və çovğun hər yeri ağ rəngə boyayıb.

Qarın qalınlığı 15 santimetrə çatıb və nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.
 

Yayı gözləyərkən qışla qarşılaşan şəhərdə qar yağışının fasilələrlə davam edəcəyi və havanın temperaturunun yağıntılarla birlikdə nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir.


Sarıkamış sakinləri aprel ayında yağan qardan təəccübləndiklərini bildirsələr də, bölgənin sərt iqlimi səbəbindən bu cür hava şəraitinə öyrəşdiklərini bildiriblər.

"Aprelin sonuna yaxınlaşırıq, amma Sarıkamışda hələ də qar yağır. Bu gün də güclü qar yağır. Baharın gəldiyini düşündüyümüz anda Sarıkamışda qış qayıtdı, hər yer ağ rəngə bürünüb. Sarıkamışda qış geri qayıtdı" – deyə sakinlər bildiriblər.








Melisa Salayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO