İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Tehranın nüvə proqramını həyata keçirmək imkanını əlindən almaq səlahiyyətinə malik olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu fikri ABŞ Prezidenti Donald Trampın İranın nüvə hüquqları ilə bağlı açıqlamasına cavab olaraq səsləndirib.
Pezeşkian qeyd edib ki, Tramp İranın nüvə hüquqlarından istifadə etməməli olduğunu desə də, bunun səbəbini izah etmir.
“ABŞ Prezidenti deyir ki, İran öz nüvə hüquqlarından istifadə etməməlidir, amma bunun niyə belə olmalı olduğunu izah etmir. Ümumiyyətlə, o kimdir ki, bu dünyada bir xalqı onun qanuni hüquqlarından məhrum etsin?” - deyə İran Prezidenti vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
15:14 / 19.04.2026
Pezeşkian: ABŞ-ın İranı nüvə proqramı hüququndan məhrum etməyə haqqı yoxdur
Hazırda oxunan: Pezeşkian: ABŞ-ın İranı nüvə proqramı hüququndan məhrum etməyə haqqı yoxdur
Hazırda oxunan: Pezeşkian: ABŞ-ın İranı nüvə proqramı hüququndan məhrum etməyə haqqı yoxdur
608052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































