İran zənginləşdirilmiş uranı ABŞ-a verməyəcək - Xətibzadə

İran zənginləşdirilmiş uranı ABŞ-a verməyəcək - Xətibzadə

Hazırda oxunan: İran zənginləşdirilmiş uranı ABŞ-a verməyəcək - Xətibzadə
608021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran hələlik ABŞ rəsmiləri ilə yeni şəxsi danışıqlar mərhələsinə hazır deyil.

Bizim.Media xəbər verir ki, bunu şənbə günü İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib. O, Vaşinqtonun əsas məsələlər üzrə maksimalist tələblərdən imtina etməsinin vacibliyini vurğulayıb.

Antalyada keçirilən diplomatik forum çərçivəsində Associated Press agentliyinə müsahibə verən Xətibzadə ölkəsinin zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyəcəyini də deyib və Donald Trampın bu barədə açıqlamalarını rədd edib.
 

“Deyə bilərəm ki, heç bir zənginləşdirilmiş material ABŞ-a göndərilməyəcək. Bu, ilk addım deyil və sizi əmin edirəm ki, aramızdakı hər hansı problemi həll etməyə hazır olsaq da, ilk addım sayılmayan heç nə ilə razılaşmayacağıq”, - deyə İran XİN başçısının müavini bildirib.


Xətibzadənin sözlərinə görə, tərəflər arasında çoxsaylı mesaj mübadiləsi aparılıb. Bununla belə, o, ABŞ-ı İranın həddindən artıq saydığı tələblərdə israrlı olmaqda ittiham edib.

Xatırladaq ki, Tramp cümə günü ABŞ-ın İrana gedərək “bütün nüvə tozunu toplayacağını” demişdi. O, ötən il ABŞ zərbələri nəticəsində ciddi ziyan görmüş nüvə obyektlərinin altında basdırıldığı ehtimal olunan 440 kiloqram zənginləşdirilmiş uranı nəzərdə tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO