Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO

Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO

Hazırda oxunan: Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO
605628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, lazım gələrsə, ölkəsi uğrunda canını verməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu bəyanat onun X hesabında yayımlanan paylaşımında yer alıb.

Pezeşkian yazıb:  “Bu ana qədər 14 milyondan çox qeyrətli iranlı İranın müdafiəsi üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımdan keçməyə hazır olmuşam, hazıram və hazır olacağam”.

Pezeşkianın sözlərinə görə, 14 milyondan çox insanın bu kampaniyaya qoşulması İran cəmiyyətində səfərbərlik əhvalını göstərir.

Qeyd edək ki, Pezeşkianın bu çağırışları ABŞ və İsrailin artan təzyiqi fonunda, xüsusən enerji infrastrukturu ətrafında “insan zənciri” təşəbbüsləri ilə birlikdə önə çıxarır.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın İrana ultimatum verdiyi və Hörmüz boğazı ilə bağlı gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Pezeşkianın paylaşımı həm daxili səfərbərlik mesajı, həm də xarici təzyiqlərə siyasi cavab kimi qiymətləndirilir.

Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO