Ermənistan yeni Konstitusiya mətnini müzakirəyə ÇIXARIR

Ermənistan yeni Konstitusiya mətnini müzakirəyə ÇIXARIR

Hazırda oxunan: Ermənistan yeni Konstitusiya mətnini müzakirəyə ÇIXARIR
599198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın yeni Konstitusiyasının layihəsi demək olar ki, hazırdır, lakin onun preambula və birinci fəsli, eləcə də Baş nazirlə bağlı bir sıra məsələlər hələ müzakirə olunmayıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, xatırladıb ki, yeni Konstitusiya layihəsi mart ayında ictimai müzakirəyə təqdim olunacaq.

Nazir əlavə edib ki, ilkin mətin hər hansı təklifə açıq olacaq.

Preambuladan keçmiş “Dağlıq Qarabağ”a iddianın çıxarılmasını zəruri hesab edib-etmədiyi soruşulduqda, nazir belə cavab verib:

"Hökumət hesab edir ki, Ermənistanın sülhü və ərazi bütövlüyü təhdid edilməməlidir", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Konstitusiyada dəyişiklik proseduru ilə bağlı maddələr, eləcə də hökumət başçısı ilə bağlı bir sıra müddəalar da müzakirə olunmayıb.
 

Qeyd edək ki, Azərbaycan rəsmi İrəvandan keçmiş “Dağlıq Qarabağ”a aid iddianın Ermənistan Konstitusiyasının preambulasından çıxarmağı tələb edib.


Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək.

Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş "Dağlıq Qarabağ" Ermənistanın bir hissəsi elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO