Ermənistanda müxalifət narazıdır: Türkiyə ilə danışıqlar kimin adından aparılıb?

Hazırda oxunan: Ermənistanda müxalifət narazıdır: Türkiyə ilə danışıqlar kimin adından aparılıb?

55746

Ermənistan parlamentinin iclasında “Ermənistan” müxalifət blokundan olan deputatlar parlamentin vitse-spikerindən, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyandan danışıqların mövzuları və buna kimin səlahiyyət verdiyini soruşublar. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, onların fikrincə, danışıqları aparmaq üçün Rubinyanla bağlı rəsmi fərman olmayıb.

“Ruben Rubinyan Türkiyənin xüsusi nümayəndəsi ilə parlament adından danışıqlar aparıb, yoxsa dövlət büdcəsi hesabına Moskvaya başqa məqsədlə səfər edib?”  – deyə müxalifətçi deputat Qeqam Manukyan soruşub. 

Vitse-spiker Akop Arşakyan isə öz növbəsində xüsusi nümayəndəni dövlətin təyin etdiyini, onun ezamiyyət xərclərinin də dövlət tərəfindən ödənildiyini qeyd edib. 

Daha sonra Manukyan parlamentin Ermənistan adından Türkiyə ilə danışıqlar aparmaq üçün parlamentin vitse-spikerinə səlahiyyət verib-vermədiyini soruşub: “Bu məsələ Parlamentin Şurasında müzakirə olunubmu? Rubinyanı ezamiyyətə göndərmək qərarı verilibmi?”.

Arşakyan cavab verib ki, istənilən danışıqlar prosesində nümayəndə heyətinin rəhbəri olmalıdır:

“Bu və ya digər nümayəndə heyətinin bu və ya digər ölkəyə hansı gündəmlə, hansı şərtlərlə və hansı maliyyə vəsaiti ilə göndərildiyini müəyyən edən müvafiq prosedur var”.

Ruben Rubinyan da öz növbəsində Ermənistan-Türkiyə danışıqlarının heç bir konspirasiya nəzəriyyəsi olmadan aparıldığını və cəmiyyətdən gizlədilmədiyini bəyan edib. 

Onun sözlərinə görə, ötən il Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin onunla bu məsələ ilə bağlı müzakirələr apardığını bildirib. Sonra bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Bundan sonra Türkiyə tərəfi emissar təyin olunduğunu elan edib, İrəvan da xüsusi nümayəndə təyin edib. 

Rubinyan əlavə edib ki, görüş yeri - Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində Rusiya tərəfinin dəstəyi ilə seçilib.

Vitse-spiker eyni zamanda, bu sualın parlamentin gündəliyinə nə aidiyyəti olmasından çaşdığını bildirib:

“Bunu hökumət saatında soruşa bilərsiniz, yaxud fasilə zamanı yanıma gələ bilərsiniz. Sizi hətta qəhvəyə də qonaq edə bilərəm. Və vaxt tapıb bu suallara açıq cavab verərəm”.
Qeyd edək ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO