Rusiyada İnformasiya Texnologiyaları sənayesi üçün YENİ PLAN

Hazırda oxunan: Rusiyada İnformasiya Texnologiyaları sənayesi üçün YENİ PLAN

54391

Rusiyanın informasiya texnologiyaları (İT) şirkətləri 2021-ci ilin əvvəlindən bəri əhəmiyyətli vergi güzəştləri əldə ediblər.

Bizim.Media “Vedmosti” qəzetinə istinadla xəbər verir ki, Rusiyada yanvarın 1-dən etibarən “Vergi Məcəlləsinin ikinci hissəsinə dəyişikliklər edilməsi haqqında” müddəalar qüvvəyə minib. 

Bunun sayəsində Rusiyanın elektronika və proqram təminatı istehsalçıları 20% əvəzinə 3% gəlir vergisi ödəyirlər. Həmçinin sığorta haqlarının dərəcəsi əvvəlki 14%-lik hissədən 7,6%-ə qədər endirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR


İtirilmiş gəlirlərin bir hissəsini kompensasiya etmək üçün 2021-ci il yanvarın 1-dən Rusiya Federasiyasında xarici proqram təminatı satan şirkətlər üçün ƏDV azadlığı ləğv edildi, onlar büdcəyə 20% ƏDV ödəməyə başladılar.

Sıfır ƏDV yalnız yerli proqram təminatının tərtibatçıları və təchizatçıları üçün qaldı.

Bu addım büdcə gəlirlərinə də müsbət təsir göstərib. Belə ki, 2020-ci illə müqayisədə, İT şirkətlərə büdcəyə təkcə 2021-ci ilin yanvar-sentyabr aylarında 48 milyard rubl əlavə vergi ödənişi edib.

Baş nazirin müavini Dmitri Çernışenkonun profil katibliyinin nümayəndəsi Olqa Barinova məsələ ilə bağlı mənbəyə bu açıqlamanı verib: 

“Dəstək tədbirlərinin effekti 49 milyard rublu ötüb. Bu, sistemli işin nəticəsidir. Təşviqlər sayəsində bu il İT şirkətlərinin gəlirləri təxminən 43% artıb ki, bu da işçilərin əmək haqqının 13% artmasına səbəb olub. Müvafiq olaraq, ölkə büdcəsinə vergi daxilolmaları artıb”.

Qeyd edək ki, 9 sentyabr 2021-ci ildə Rusiya Baş naziri Mixail Mişustin İT sənayesini dəstəkləmək üçün ikinci tədbirlər paketini - “İnformasiya texnologiyaları sənayesinin inkişafı üçün əlavə şəraitin yaradılması” adlı yol xəritəsini təsdiqləyib.

Planda informasiya texnologiyaları sənayesini dəstəkləmək üçün 42 xüsusi tədbir nəzərdə tutulub.

Onların arasında biznes üçün yerli həllər, elektron tibbi xidmətlər, yerli ofis proqramları və əməliyyat sistemləri, süni intellekt sahəsində yeni metodlar, kompüter oyunlarının istehsalı və rusiyalı peşəkar video məzmunun dəstəklənməsinə yönəlmiş tədbirlər var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO