Gürcüstandakı azərbaycanlıların problemi – Nino Burcanadzedən PƏRDƏARXASI – ÖZƏL VİDEO

Hazırda oxunan: Gürcüstandakı azərbaycanlıların problemi – Nino Burcanadzedən PƏRDƏARXASI – ÖZƏL VİDEO

45753

Təkcə 2021-ci il ərzində Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı müxtəlif problemlər yaşanıb. Bunların arasında onlara məxsus torpaqların kilsə tərəfindən müsadirə və svan qalmaqalları var. Bəzi ekspertlər bunu Gürcüstan azərbaycanlılarının qəsdən sıxışdırılması ilə əlaqələndirib.

Amma Nino Burcanadze belə düşünmür:

“Çətinliklər həmişə və hər yerdə olur. Gürcüstanda azərbaycanlı vətəndaşlara qarşı hansısa siyasətin aparıldığı fikiri ilə razı deyiləm”. 
 

MÖVZU İLƏ BAĞLI:

Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO


Bizim.Media-ya eksklüziv müsahibəsində Gürcüstanın eks spikeri bildirib ki, bəzən baş verən xoşagəlməz hadisələri təəssüflə qeyd edib:

“Təəssüf ki, bəzən xoşagəlməz insidentlər baş verir. Əsas odur ki, vətəndaşlarımızın hamısı özünü Gürcüstanın bir parçası hesab etsin. Çünki bütün dövlətlərdə belədir. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq heç kəs özünü ölkənin bir hissəsi saymırsa, problemlər qaçılmazdır. Sadaladığınız problemlərdən hökumət cavabdeh olmalıdır. Çünki istənilən siqnala ani reaksiya verilməlidir”.

Gürcüstan və gürcülər üçün Azərbaycan nə anlam daşıyır? 

“Azərbaycanla mehriban qonşuluq əlaqələrinə önəm veririk. Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın bir hissəsi azərbaycanlılardır. Bu və digər faktorlar mehriban, dost qonşuluğu zəruriləşdirir”.

Videonu təqdim edirik:

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO