“Sputnik Armeniya” agentliyi Paşinyanı yalançı çıxartdı - VİDEOFAKT

“Sputnik Armeniya” agentliyi Paşinyanı yalançı çıxartdı - VİDEOFAKT

Hazırda oxunan: “Sputnik Armeniya” agentliyi Paşinyanı yalançı çıxartdı - VİDEOFAKT
0:00
0:00
45721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ermənilər Zəngəzurda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna paralel olaraq Gorus-Tatev yolunu inşa edirlər. Hətta dünən baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasında o yolun artıq tamamlandığını və istifadəyə verildiyini deyib. Ancaq “Sputnik Armeniya” nəşrinin çəkiliş qrupunun hazırladığı video deyilənlərin əksini deyir. 

Bizim.Media xəbər verir ki, görüntülərdən aydın olur ki, yolun yalnız bir hissəsində torpaq işləri görülüb.

Mənbə yazır ki, Xot-Şahverdilər yolunun 10 km-ə yaxın hissəsi genişləndirilib, 6 km yol isə asfalt üçün hazırlanıb. 
 

Belə nəticəyə gəlmək olar ki, yolun hələlik bəzi hissəsi yük maşınları üçün yararlıdır. İnşaatçılardan biri agentliyin müxbirinə yolun nə vaxt təhvil veriləcəyi haqda informasiyaya sahib olmadığını deyib. 


Hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu yalnız rüsum ödəməyə razı olan İran yük maşınları üçün açıqdır. Polis bütün digər yük maşınlarını Tatev vasitəsilə Gorus-Tatev kəsişməsinə yönəldir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO