Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO

Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO

Hazırda oxunan: Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO
24666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəngəzur ərazisində yaşayan ermənilərin mobil telefonlarının Azərbaycana məxsus “Azercell” mobil rabitə şirkətinin ötürücülərindən gələn siqnallara qoşulması xalq arasında narahatlığa səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə "daronass6666" adlı erməni sosial media fəalı öz tvitter hesabından etdiyi paylaşımda məlumat verib.

Tvitdə “Təsdiqləndi, artıq Azərbaycanın Azercell şirkətinə məxus servis qüllələri Zəngəzur mahalının (Sünik vilayəti) Kilsəkənd (Sraşen) ərazisinin şərqində fəaliyyət göstərir.

Mən sözügedən servisdən 4 il əvvəl Əskəranın şərqində (“Artsax”ın kənar bölgəsində) də istifadə etmişdim”,- deyə qeyd olunub.

Sözügedən hesabdan paylaşılan fotoda isə məlumatın həqiqətə uyğun olduğu açıq-aşkar sübut olunub:

“Azərbaycana xoş gəlmisiniz! Sizin mobil servisiniz sizə 2G xidmətindən əlavə ödəniş etmədən limitsiz istifadə imkanı verir.”

“Azercell” şirkətindən göndərilən mesajda isə “Bizi seçdiyiniz üçün təşəkkür edirik. Əgər Azərbaycanda 15 gündən daha artıq qalmaq istəyirsinizsə, 15 gün müddətində miqrasiya xidmətində qeydiyyatdan keçməyi unutmayın” yazısı əks olunub.

Murad Əhmədov, Bizim.Media

Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO