Ermənistan iqtidarının son mesajları – “Onlar bizimçün heç bir məna kəsb etmir”

Ermənistan iqtidarının son mesajları – “Onlar bizimçün heç bir məna kəsb etmir”

Hazırda oxunan: Ermənistan iqtidarının son mesajları – “Onlar bizimçün heç bir məna kəsb etmir”

20548

Ermənistanda hakimiyyət mənsubları Lavrovun İrəvan səfərindən sonra Qarabağ və Azərbaycan barədə cəmiyyətə yumşaq tonlu mesajlar verməyə başlayıblar. 

Deputat Viktor Yengibaryan Ermənistan parlamentində çıxışı zamanı “İnanıram ki, erməni tərəfi və xüsusən də ictimaiyyətimiz bütün bunlardan sonra qorxulardan qurtulmalı və Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməlidir”  fikirlərini bildirib.

Bu revanşist qüvvələrə hədəflənmiş mesajdır və onlara “Moskvanın istəyi budur” kimi səslənir. Çünki sadə erməni cəmiyyəti öz başının hayındadır və 44 günlük müharibədən sonra reallığı öz canlarında hiss ediblər. 

Ermənistandakı hakim qüvvələrin bu cür çıxışlarına qarşı isə politoloq Fikrət Sadıqovun özəl şərhi var: 
 

MÖVZU İLƏ BAĞLI:

Fikrət Sadıxov: “Diversantları tələb və şərtsiz yola salmaq düzgün olmazdı” – Şərtlərə GƏLİNCƏ...


“Ermənilərin məğlub olduqlarını boyunlarına almamaları bizim üçün heç bir məna kəsb etmir. Aydındır ki, bütün dünya bu məsələdə Azərbaycanın qələbə çaldığını gördü. Lakin əgər hakim partiya xalqını Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməyə çağırırsa, demək ki, bununla onlar öz mövqelərini nümayiş etdirmək istəyirlər. Aydındır ki, Ermənistanın bir çox siyasi qüvvələri bu mövqedə deyil. Sirr deyil ki, fikirlərin müxtəlifliyi  ölkənin ziddiyyətli durumundan irəli gəlir”.

F.Sadıxovun fikrincə, hakimiyyətin bu cəhdi özünü həm də xalqın gözündə qəhrəman kimi qələmə vermək cəhdidir.

“Ermənistanda qalmaqallı qarşıdurma davam edir, müxtəlif siyasi partiyalar hakimiyyət üstündə mübarizə aparır. Əsas məsələ də parlamentdə üzv olub, səsçoxluğuna sahib olmaqdır. Bundan başqa bu açıqlama ilə hakim partiyanın daxili auditoriyaya özlərini qəhrəman kimi qələmə vermək kimi amalları da var.

Siyasət meydan teatr səhnəsidir. Burada gördüyümüz bütün görüntülər də partiyaların bir-biri ilə rəqabət taktikasıdır. Bu mübarizələrin əsas məqsədi də nə yolla olursa-olsun hakimiyyətə gəlməkdir”.

Hakim partiyanın bu cür bəyanatı, xalqın müəyyən təbəqəsinin narazılığına səbəb olacağını deyən siyasi şərhçi bildirib ki, bu xüsusi təbəqə üçün nəzərdə tutulan taktikadır.
 

“Ermənistanda xalq müxtəlif partiyaların təsiri altındadır. Düzdür, cəmiyyət içində sağlam düşüncəyə sahib olan insanlar da var. Lakin revanşist qüvvələr daha aktivdir. Hakim partiyanın bu cür bəyanatı, xalqın müəyyən təbəqəsinin narazılığına səbəb olacaq. Bu da seçkilərdə səs itirməklə özünü biruzə verə bilər.


Lakin hakim partiyanın bu mesajı xüsusi seçici auditoriyası üçün nəzərdə tutulub. Çünki Paşinyan ətrafında məhz belə insanları və siyasətçiləri birləşdirmək istəyir.

Hazırda bu cür təbəqəni ətrafında toplamaq hakim partiyanın əsas hədəfinə çevrilib. Görünür, hakimiyyət Ermənistanın çıxış yolunun yalnız bunda olduğunu dərk edə bilir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO