“Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan 

“Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan 

Hazırda oxunan: “Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan 
20327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu cümə axşamı Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında qəti tənzimləməyə nail olmaq üçün Ermənistanın sülh prosesinin bərpasına dair mövqeyini təsdiqləyib.

Baş nazir dəfələrlə sınaqdan keçmiş Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsi faktını da xüsusi vurğulayıb.

"Rusiyanın səyləri sayəsində hərbi əməliyyatları dayandırmağa nail olduq. Bu gün sülhməramlıların Qarabağda olması o bölgənin təhlükəsizliyinin möhkəm zəmanətidir. Prezident Putinin sülhün əldə olunmasında rolunu və Qarabağın normal həyatı üçün şərait yaratmaq səylərini xüsusilə qeyd etmək istərdim”, deyə  Paşinyan qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov 5 may axşamı Ermənistana işgüzar səfərə gəlib. O, bu gün erməni həmkarı Ara Ayvazyan ilə danışıqlar aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO