Lavrov erməni jurnalistin Zəngəzurla bağlı sualına konkret cavab vermədi

Hazırda oxunan: Lavrov erməni jurnalistin Zəngəzurla bağlı sualına konkret cavab vermədi

20309

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarına zidd ola biləcək hər hansı bir məsələ əlbəttə ki, razılaşdırılanlara alternativ kimi qəbul edilə bilməz. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ara Ayvazyanla birgə mətbuat konfransında Azərbaycanın Zəngəzura iddiaları ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

“Bu gün biz təkcə iqtisadi əlaqələrin yaradılması üçün üçtərəfli əməkdaşlıq məsələlərindən danışmadıq. Bu, mövzulardan yalnız biri idi.

Əsasən münaqişədən sonrakı dövrdə bütün həll problemlərindən söz açdıq. Hərbi, hərbi-siyasi, humanitar məsələlər də müzakirə predmeti oldu. Baş nazir müavinləri səviyyəsində üçtərəfli qarşılıqlı fəaliyyətə gəldikdə, bu mexanizm Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin 11 yanvarda Moskvadakı görüşlərindən sonra verdikləri qərarla yaradıldı. Məqsəd isə iqtisadi əlaqələrin yaradılmasıdır. Digər əlavə məsələlər alternativ kimi qəbul edilə bilməz”, deyə Sergey Lavrov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO