Lavrov İrəvanda ermənilərə dərs keçdi: “Sülh prosesi çoxdan başlayıb, hər şeyi siyasiləşdirməyin”

Hazırda oxunan: Lavrov İrəvanda ermənilərə dərs keçdi: “Sülh prosesi çoxdan başlayıb, hər şeyi siyasiləşdirməyin”

20298

“İnsanlar normal həyat sürməyə başladıqda siyasi məsələləri həll etmək çox asandır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı ilə keçirdiyi ortaq mətbuat konfransında iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, noyabrın 9-da başlayan sülh prosesi müharibəni dayandırmaq, sülhməramlı əməliyyatı həyata keçirmək, bölgədəki bütün iqtisadi əlaqələri bərpa etmək, nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq məqsədini daşıyır:

“Demək olar ki, bu proses yarım ildir davam edir. Bu səbəbdən sülh prosesinə keçid haqqında danışmaq bir az reallığı təhrif etməkdir”.

Rusiyalı nazir Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinlərinin timsalında yaradılan üçtərəfli qrupun fəaliyyətindən də söz açıb:

“Mən də bu barədə danışdım, həmkarım da qeyd etdi ki, qrup birbaşa sülh prosesi ilə əlaqəli olan məsələlərin praktik həlli ilə məşğul olur. İnsanlar blokadadan, embarqodan, beynəlxalq təşkilatlar çərçivəsində qurulan maneələrdən qurtulduqdan sonra qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək, geosiyasi və coğrafi üstünlüklərdən birbaşa faydalanacaq. Şübhə etmirəm ki, insanlar bütün məhdudiyyətlərin, blokadanın təzahürlərinin aradan qaldırılmasından tutmuş dinc həyatın faydalarını hiss etdikdən sonra məsələlərə başqa bucaqdan baxacaqlar.  İndi də bəzi həmkarlarımız mövzulara fərqli yanaşırlar və istəyirlər ki, bu, ön plana çıxsın”.

Lavrov əlavə edib ki, indi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur:

“Düzdür, bu proses çətin gedir, çünki bölgəni birləşdirən marşrutlarla əlaqəli məsələlər həll olunur. Təmas xətti yaradıldıqdan, sərhədin delimitasiyası və demarkasiyası həll edildikdən sonra bölgə sərbəst nəfəs alacaq və dinc həyat başlayacaq. Bu məsələləri sonraya saxlamağa çalışanlar, ilk növbədə siyasi müzakirələrə başlamaq istəyənlər, zənnimcə bütün prosesi alt-üst edir. Siyasi məsələləri həll etmək çox asandır. Bundan sonra azərbaycanlılarla ermənilər əvvəllər olduğu kimi bir-biri ilə normal yaşayacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO