Lavrovun Ermənistana səfərinin gündəliyi AÇIQLANDI

Hazırda oxunan: Lavrovun Ermənistana səfərinin gündəliyi AÇIQLANDI

20154

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin gündəliyi məlumdur. 

Bizim.Media xəbər verir ki, informasiyanı “armeniasputnik.am” saytı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Mənbə yazır ki, Lavrovun səfəri 5-6 may tarixlərində baş tutacaq.

Zvartnots hava limanında Sergey Lavrovu erməni həmkarı Ara Ayvazyan, eləcə də hər iki ölkənin səfirləri - Vardan Toqanyan və Sergey Kopırkin qarşılayacaq.

Mayın 6-da iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü baş tutacaq, bundan sonra nazirlər birgə mətbuat konfransı ilə çıxış edəcəklər. Xarici işlər nazirləri tərəfindən ortaq bir sənədin imzalanması da planlaşdırılır.

Səfər zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.

Lavrovun da Azərbaycana oxşar səfəri 10-11 may tarixlərində baş tutacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin geniş spektrinə hərtərəfli baxış müzakirə predmeti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO