Gürcüstan Rusiyadan Ermənistana gələn silahı geri qaytardı... - FOTO

Hazırda oxunan: Gürcüstan Rusiyadan Ermənistana gələn silahı geri qaytardı... - FOTO

19753

Gürcüstan sərhədçiləri Rusiyadan Ermənistana göndərilən silahları buraxmadılar. İrəvanın "bronjilet" adlandırdığı bu yük yoxlamadan keçməyib.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, erməni separatçıları təşviş içindədir.

Çünki Gürcüstan Rusiyadan Ermənistana humanitar yardım adı ilə ünvanlanan silahları geri qaytarıb.

Ermənilərin "bronjilet", zireh kimi qələmə verdiyi iki yük maşını sursatın bir aydan çox idi ki, Rusiya-Gürcüstan sərhədinin neytral zonasında saxlanıldığı barədə məlumtlar var idi. "Facebook" istifadəçisi olan Lyudmila Manukyan sözügedən yüklərin hələ 5 mart tarixindən Moskvadan çıxdığını və həmin ayın 28-də nəzarət buraxılış məntəqəsində (NBM) gürcü sərhədçilərin rus sürücülərdən bütün sənədləri götürdüyünü yazıb.

Həmin vaxt istinad etdiyimiz saytın əməkdaşı ermənilərə "bronjilet" daşıyan sürücülərdən birinin müsahibəsini təqdim edib.

Rus səlahiyyətlinin sözlərinə görə, yaxın zamanda "bronjiletlər" Ermənistan ərazisinə keçəcəkdi. Amma gürcü sərhədçilər bu yük üçün Müdafiə nazirliyinin icazəsini əsas gətirərək "İrəvan zireh"ini gözləməyə atmışdılar.

Bu gün isə "qarğıdalı adı ilə Ermənistana ötürülən qumbara"lar geri qaytarılıb. 
Bir sözlə, Bravo Gürcüstan!

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO