SON DƏQİQƏ! Arxiyepiskop Paşinyana bir saat vaxt verdi

SON DƏQİQƏ! Arxiyepiskop Paşinyana bir saat vaxt verdi

Hazırda oxunan: SON DƏQİQƏ! Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
191267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı yürüyüş təşkil edən "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları artıq İrəvana çatıb.

Bizim.Media xəbər verir ki, hazırda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvanda Respublika meydanında aksiya keçirilir.

Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib:

“Nikol Paşinyan, istefa vermək üçün bir saatınız var. Mən bu müddət ərzində sizinlə görüşməyə və istefanın bütün şərtlərini müzakirə etməyə hazıram. Artıq Ermənistanda heç bir səlahiyyətiniz yoxdur. Və istefanızla erməni xalqına üçqat bayram yaşadacaqsınız”.

Qeyd edək ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO