Putin Paşinyanla RAZILAŞDI – Rusiya sərhədçiləri Zvartnotsu tərk edəcəklər

Putin Paşinyanla RAZILAŞDI – Rusiya sərhədçiləri Zvartnotsu tərk edəcəklər

Hazırda oxunan: Putin Paşinyanla RAZILAŞDI – Rusiya sərhədçiləri Zvartnotsu tərk edəcəklər

191187

Putin və Paşinyan öz aralarında bir sıra məsələlərdə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinə yaxınlığı ilə tanınan “Bagramyan26” teleqram kanalı məlumat yayıb.

Onlardan biri Rusiya qoşunlarının yenidən dislokasiya olunması ilə bağlıdır. Ermənistanın hakimiyyətyönlü mediası bunu Paşinyanın böyük qələbəsi kimi tirajlayır.

İddia olunur ki, Ermənistanın baş naziri Paşinyanla Rusiya prezidenti Putin arasında aparılan danışıqlar nəticəsində, əvvəllər də xəbər verildiyi kimi, Rusiya sərhədçilərinin bundan sonra Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub.
Bundan əlavə, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki postları tərk edəcəklər.

Rusiyanın Ermənistandakı hərbi varlığı isə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO