İşxan Verdyan: “Ermənistandakı etirazçıların arxasında Köçəryan dayanır” – ÖZƏL 

İşxan Verdyan: “Ermənistandakı etirazçıların arxasında Köçəryan dayanır” – ÖZƏL 

Hazırda oxunan: İşxan Verdyan: “Ermənistandakı etirazçıların arxasında Köçəryan dayanır” – ÖZƏL 

191121

“Kilsə ilə Ermənistanın hazırki hökuməti arasında problemlər yeni deyil. Bu problemlər baş nazir Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü biruzə verib. Erməni Apostol Kilsəsinin hökumətin siyasətini bölüşmədiyi, öz xüsusi baxışlarına sadiq qaldığı əvvəldən açıq-aydın görünürdü”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan deyib. 

İşxan Verdyan bildirir ki, kilsənin arxasında dayanan əsas siyasi fiqur Köçəryandır. 

“Həmin etirazçılar xüsusi heç nə etmirlər, sadəcə Daşnaksütyunun şüarlarını sözbəsöz təkrarlayırlar. Onlar “Qarabağ klanı”nın nümayəndələrinin və şəxsən onun lideri Robert Köçəryanın ən yaxın müttəfiqidir. Robert Köçəryanın özü müsahibələri zamanı bu gün Ermənistanda baş verən hadisələri şəxsən açıqlamışdı. Əgər mətbuat və hökumət bu müsahibələri təhlil etsəydi, o zaman nə baş verəcəyi onlara aydın olardı və heç kim təəccüblənməzdi. 

Robert Köçəryan öz niyyətlərini heç vaxt gizlətməyən və hər zaman açıq-aydın bəyan edən şəxsdir. O cümlədən, Köçəryan da dəfələrlə bildirib ki, Ermənistan dövlətçiliyinin onun üçün heç bir dəyəri yoxdur. Üstəlik, Köçəryan son vaxtlar Ermənistanın Rusiya tərəfindən mənimsənilməsinin tərəfdarıdır”, - deyə İ.Verdyan deyib.

“Revanşizm ideologiyasına son qoyulur”

Paşinyanın addımlarının müxalifət tərəfindən qəbul edilmədiyinə diqqət çəkən erməni fəal “miatsum” ideologiyasına son qoyulduğunu bildirib:

“Nikol Paşinyan daşnak ideologiyasının və Robert Köçəryanın fikirlərinin iflasına gətirib çıxaran addımlar atdı. Belə ki, Azərbaycanla Ermənistan arasında artıq sərhəd dirəkləri qoyulur və hər iki ölkənin suveren əraziləri müəyyənləşdirilir. Bu da uzunmüddətli münaqişənin, “miatsum” və revanşizm ideologiyasına son qoyulmasının başlanğıcı deməkdir. Sözügedən prosesin nəticəsində Köçəryan və onun komandası sürətlə uçuruma yuvarlanmağa başladı və bunun qarşısını almaq üçün o, Qarabağ klanının əlində olan bütün qüvvələrin ümumi səfərbərliyini elan etdi”.

“Ermənistanda kilsənin ciddi səlahiyyəti qalmayıb”

“Amma Köçəryan yanılıb, Ermənistanda ruhanilərin gücü yoxdur və onlar heç kimi hərəkətə gətirə bilməyəcəklər. Ermənistan xalqı hər şeyi mükəmməl başa düşür və ölkənin siyasi sistemində heç bir dəyişikliyə yol verilməyəcək. Bu qondarma etiraz hərəkatı heç bir nəticə verməyəcək. Baş nazir sülh müqaviləsinin imzalanmasını istəyir və biz bunun mümkün qədər olmasına ümid edə bilərik”, - deyə İ.Verdyan əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO