Rəsmi Tehrandan MANEVR - Qərbin Cənubi Qafqaza soxulmaq planına qarşı İran HƏRƏKƏTƏ keçir

Hazırda oxunan: Rəsmi Tehrandan MANEVR - Qərbin Cənubi Qafqaza soxulmaq planına qarşı İran HƏRƏKƏTƏ keçir

186510

Nəhayət ki, İrandan Brüssel görüşünə rəsmi reaksiya gəldi. Ötən gün İran XİN Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünə öz münasibətini bildirib. Nazirliyin nümayəndəsi Nasir Kənani qeyd edib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir:

“Sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq lazımdır. Məhz buna görə də regional formatların, o cümlədən “3+3” formatının imkanlarından istifadə etmək vacibdir. Bu baxımdan sülh və sabitliyi möhkəmləndirmək, qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...


Göründüyü kimi İran Qərbin Ermənistana soxulmağından narahatdır. Amma bəyanatda diqqət çəkən məqam odur ki, rəsmi Tehran regionun inkişafı üçün “3+3” formatını vacib sayır və hətta ona alternativ görmür.

Halbuki, 2020-ci ilin 8 dekabrında Azərbaycan bu formatı irəli sürəndə ona qarşı çıxan ilk ölkə İran olmuşdu. Amma bu gün rəsmi Tehran Azərbaycanın moderator olduğu layihəyə nicat yolu kimi baxır. 

Maraqlıdır ki, İran XİN-in məlum bəyanatı Ermənistanda da müəyyən əks-səda doğurur. Rəsmi və qeyri-rəsmi erməni mənbələri İranın narahatçılığına fərqli münasibət bildirib. Məsələn, erməni şərqşünas Qarik Misakyan” Sputnik Ermənistan”a müsahibəsində deyib ki, İran rəsmiləri əvvəllər də Ermənistanın Qərblə yaxınlaşması ilə bağlı fikirlər səsləndirib və qeyd ediblər ki, regiondankənar qüvvələrin Cənubi Qafqaza gəlməsi İranın maraqlarından irəli gəlmir:

“Eyni şey Aİ-nin müşahidəçi missiyasına da aiddir. Xüsusilə, Aİ-nin müşahidə missiyasının hərbi missiyaya çevriləcəyi təqdirdə İranın mənfi reaksiya verəcəyi bildirilib. Yaxınlaşmanın Ermənistan-İran iqtisadi əməkdaşlığına zərər verə biləcəyi ilə bağlı qorxular var.

Çünki İranla əməkdaşlığın ən mühüm komponentlərindən biri Aİ bazarının əlçatanlığı və İranın iqtisadi potensialını təmin etmək bacarığıdır. Ermənistan ərazisi vasitəsilə Rusiyaya mal göndərir ki, bu da müəyyən mərhələdə təhlükə altında ola bilər”.

Göründüyü kimi Qərbin Cənubi Qafqaza soxulmaq istəyi regional əməkdaşlığa və regional təhlükəsizliyə ciddi təhdid yaradır. Bunu ermənilər özləri də etiraf edir. Bəs, Paşinyan bu reallıqları nə zaman dərk edəcək?

Bunu artıq zaman göstərəcək…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO