Simonyan: “Azərbaycanla sülh sazişini imzalamaqdan imtina edə bilərik”

Hazırda oxunan: Simonyan: “Azərbaycanla sülh sazişini imzalamaqdan imtina edə bilərik”

186443

“Başlıca məsələlərlə bağlı kompromiss əldə edilməzsə, Ermənistanın Azərbaycanla istənilən sülh sazişini imzalamaqdan imtina etməsi istisna edilmir”.

Bizim.Media TASSa istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentin bu gün keçirilən iclasında deyib.

Simonyan bildirib ki, hazırda danışıqlar davam edir, işçi qrupları arasında görüşlər təşkil edilir:

“Lakin bu heç nə demək deyil. Əgər biz razılığa gəlməsək, onda ümumiyyətlə, istənilən sənədi imzalamaqdan imtina edəcəyik”.
O, həmçinin qeyd edib ki, bu gün Ermənistan parlamentində müxalifət kimi oturan əvvəlki hakimiyyət Tavuş vilayətində müzakirə olunan kəndlərin Azərbaycana məxsus olduğunu inkar etmirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO