Terrorçu, yoxsa “xeyriyyəçi”? – Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsinin PƏRDƏARXASI

Hazırda oxunan: Terrorçu, yoxsa “xeyriyyəçi”? – Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsinin PƏRDƏARXASI

186290

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan erməni milyarder Ruben Vardanyan “xeyriyyəçilik və humanitar” fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib. Onun namizədliyi bir sıra “nüfuzlu” şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunub.

Ukrayna və Azərbaycanda separatizmi dəstəkləyən birisinin hansısa sülh mükafatına namizəd göstərilməsi ilk baxışdan xeyli təəccüblü görünür. Amma Qərbin siyasi texnologiyalarına az-çox bələd olanlar belə halları istisna etmir və hətta bunda təəccüblü heç nə görmür. Çünki bu Qərbin mahiyyətidir.

Qərbdə kiməsə, nəsə təsadüfən və yaxud haqqı olduğu üçün verilmir. İstənilən mükafatın arxasında müəyyən öhdəlik dayanır. Bu mənada Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsi anlaşılandır.

Vardanyan həbsdə olsa da milyarderdir.

Bu günlərdə Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının yenilənmiş siyahısını dərc edib. Siyahıya yalnız bir erməni - separatçı Ruben Vardanyanın adı daxil edilib. Onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir. Erməni milyarder siyahıda 2545-ci yeri tutub.

Bax, əsas məsələ Vardanyanın milyardlarıdır. Müəyyən maraqlı qüvvələr ortaya atılıb, erməni milyarderin azadlığına nail olmaq istəyir. Təbii ki, bu yollardan biri də bu tip kampaniyalardır. Əgər təşəbbüskarların niyyəti baş tutsa və erməni milyarder Nobel Sülh Mükafatını alsa, onda maraqlı qüvvələr Azərbaycanın üzərinə gələcəklər. Çalışacaqlar ki, təzyiqlər yolu ilə Vardanyanın sərbəst buraxılmasına nail olsunlar.

Bundan sonra isə Vardanyanın sərvəti həmin maraqlı qüvvələr arasında bölüşdürüləcək. Çünki bu gedişlə Vardanyan ölənə qədər Azərbaycanın həbsxanalarında qalacaq. Belə olan təqdirdə isə onun milyardları heç bir işə yaramayacaq. Ona görə də Ruben Vardanyanın yaxınları bəzi maraqlı qüvvələrlə separat danışığa gediblər. Ortaq məxrəcə gəliblər ki, bəlkə bu yolla separatçının azadlığına nail olsunlar.

Separatçı necə “sülh carçısı” ola bilər?

Məlum olduğu kimi, vətəndaşlığı belə olmayan 1968-ci il təvəllüdlü Ruben Vardanyan 27 sentyabr 2023-cü ildə Xankəndindən Ermənistana qaçmaq istəyərkən Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Onun Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda DTX-nin təcridxanasında Rubenin istintaqı davam edir.

İttiham aktından da göründüyü kimi Vardanyanın separarizmə və terrorçuluğa dəstək verdiyinə görə saxlanılıb. Üstəlik, o 2022-ci ildə Azərbaycan ərazisinə qanunsuz yolla gəlib və separatçı rejimdə “dövlət naziri” postunu tutub. Bütün bunlar isə sülhsevərlikdən çox-çox uzaq bir məsələdir. Faktiki olaraq Vardanyan terrorçuluğu maliyyələşdirib, regionda sülhün, sabitliyin əldə olunmasına birbaşa əngəl olub.

Bundan əlavə Vardanyan uzun illər Ukraynadakı Donbas separatçılarına da maddi dəstək göstərib. Hər zaman separatçıların yanında yer alıb, Ukraynanın ərazi bütövlüyünü tanımayıb.

İkili standartlar yenidən işə salınıb...

Qərbin istənilən məsələyə münasibəti ikili olub. Qərb həqiqətə yox, vəziyyətdən hansı formada faydalanmağa daha çox üstünlük verilir. Bax, Vardanyanın sülh mükafatına namizəd göstərilməsinin mahiyyəti onun cinayətkar fəaliyyəti yox, ucu-bucağı bilinməyən sərvətidir. Belə məqamda Vardanyanın Ukrayna və Azərbaycan dövlətlərinə qarşı hansı cinayətlər törətməsi yada düşmür. Ortaya saxta və əsası olmayan “dəlillər” atılır.

Halbuki, Azərbaycanda saxlanınadək Vardanyanın çirkli biznesi, qanunsuz əməliyyatları haqda çoxsaylı məlumatlar vardı. Hətta Beynəlxalq təşkilat olan -OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) onun cinayətləri bardə geniş araşdırma yaymışdı.

Bu məlumatlar isə dünyanın ən nüfuzlu media orqanlarında - “The Guardian”, “Suddeutsche Zeitung” və digər nəşrlərində dərc edilmişdi.

Həmin hesabatda bildirilir ki, 2000-ci illərin əvvəllərində Vardanyana məxsus “Troyka” şirkətinin Nyu York və Londonda ofisləri açılıb. Eyni zamanda, ekzotik ofşorlarda - Panamada və ya Britaniyanın Virciniya adalarında broşürlərdə qeyd olunmayan, tamamilə fərqli şirkətlər yaradılıb.
Samanta Pauerin “Avropa” mükafatı

Maraqldır ki, Vardanyan üçün bu ilk “sülh mükafatı” deyil. Buna qədər USAİD-in rəhbəri Samanta Pauer Vardanyana xüsusi mükafat tıqdim edib. Üstəlik, təqdimetmə mərasimində Pauer Vardanyanla kameralar qarşısında poz verib. Halbuki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər.

Göründüyü kimi, Vardanyana qarşı münasibətdə ikili yanaşma var. O gah dələduz kimi qiymətləndirilir, gah da sülh carçısı kimi təqdim edilir. İkinci halsa daha çox Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulgirlik” və müxtəlif mükafatlar altında siyasi spekulyasiyadır. Belə çıxır ki, bir zamanlar Ruben Vardanyanla Samanta Paueri birləşdirən ortaq maraqlar indi də nobelçiləri oliqarx separatçı ilə bir araya gətirib...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO