İrəvan-Moskva gərginliyi PİK HƏDDƏ – Rusiya ordusu Ermənistandan çıxarılacaq?

İrəvan-Moskva gərginliyi PİK HƏDDƏ – Rusiya ordusu Ermənistandan çıxarılacaq?

Hazırda oxunan: İrəvan-Moskva gərginliyi PİK HƏDDƏ – Rusiya ordusu Ermənistandan çıxarılacaq?

180314

Ermənistanda xeyli müddətdir ki, Rusiya ordusunun ölkədən çıxarılması barədə fikirlər səsləndirilir. Xüsusən də, Paşinyanın Fransada Ermənistanın KTMT-də fəaliyyətini dondurması ilə bağlı açıqlamasından sonra bu məsələ daha çox tirajlanmağa başlayıb.

Üstəlik, Ermənistan parlamentinin spikeri Alen Simonyanın dünən jurnalistlərə verdiyi açıqlamada bu məsələni xüsusi qeyd edib:

“Rus sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır. Bu mənim şəxsi fikrimdir, ruslar oradan və sərhədlərimizdən getməlidirlər. Çünki ölkəmizin sərhədlərini özümüz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”.
 

 Qeyd edək ki, İrəvanla Moskva arasında 1995-ci ildə başlanmış müqaviləyə görə, Rusiya ordusu 49 il ərzində Ermənistanda hərbi bazaya malik ola bilər. Həmin müddətin başa çatmasına isə 20 il vaxt var. 

Görəsən, Rusiya ordusu Ermənistandan çıxarıla bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Hazırda Paşinyan hökumətinin Rusiya ordusu barədə səsləndirdiyi fikirlərin reallaşması üçün hüquqi əsaslar, mexanizmlər və konkret real gerçəkliklər yoxdur: 

“Rusiya ordusunun Ermənistandan çıxarılması ilə bağlı edilən çağırışlar uzun müddət elə çağırış olaraq qalacaq. Çünki Rusiya ordusu Ermənistanda İrəvanla Moskva arasında imzalanmış xüsusi müqavilə əsasında mövcuddur. Bu müqaviləyə əsasən də onların çıxarılmasına hələ uzun zaman var. 

Paşinyan tez-tez, xüsusən də Qərbə səfərləri zamanı bu mövzu ilə bağlı təhqiredici fikirlər səsləndirsə də, real addımlar ata bilmir. Ən son olaraq Fransa səfəri zamanı Paşinyanın rus ordusu və KTMT-dəki fəaliyyətlərini dondurmaqla bağlı səsləndirdiyi fikirlər elə fikir olaraq qalmaqdadır. Son üç ildə Paşinyanın bu sayaq ritorikasını daim eşidirik. Amma heç bir real addımın atıldığını da görmürük. 

Şərqi Avropa cəbhəsində Rusiyanın mövqeyinin gücləndiyi bir vaxtda Paşinyanın arzularının qısa zamanda reallığa çevriləcəyi inandırıcı deyil.

Hər cür fikir səsləndirmək olar. Amma o fikirlərin real olması üçün hüquqi əsaslar, mexanizmlər və konkret real gerçəkliklər yoxdursa, belə fikirlərin həyata keçməsi mümkün deyil. Ona görə də Paşinyan hələ uzun müddət belə fikirlər səsləndirməkdə davam edəcək. Lakin yaxın perspektivdə onun həyata keçməsinə nail olmayacaq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO