"Dünya ictimaiyyəti 30 il Ermənistanın işğalına göz yumub" - Numan Kurtulmuş 

Hazırda oxunan: "Dünya ictimaiyyəti 30 il Ermənistanın işğalına göz yumub" - Numan Kurtulmuş 
154095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalına göz yumub”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik erməni işğalına son verib: “Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq”.
“Türkiyə-Azərbaycan həmrəyliyinin nəticəsini Qarabağda gördük”, - N.Kurtulmuş vurğulayıb.

Parlament sədri söyləyib ki, gələcəkdə türk dövlətlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi əsas məqsədlərdən biridir:

“Bunun nəticəsini indidən xəyal edir və lazımi addımları atırıq. Bütün dünya, Türk dünyası və İslam dünyası indi Türkiyənin addımlarını izləyir”.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO