Ermənilərə göndərilən ərzaq yükü 9 gündür Ağdam-Xankəndi yolunda gözlədilir

Ermənilərə göndərilən ərzaq yükü 9 gündür Ağdam-Xankəndi yolunda gözlədilir

Hazırda oxunan: Ermənilərə göndərilən ərzaq yükü 9 gündür Ağdam-Xankəndi yolunda gözlədilir
153890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un məmulatı olan iki yük avtomobili doqquz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.

Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə çatdırmaq üçün israrlıdırlar.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO