İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı yeni SAXTA LAYİHƏ

İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı yeni SAXTA LAYİHƏ

Hazırda oxunan: İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı yeni SAXTA LAYİHƏ
136097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan tariximizi silməyə çalışdığı Təpəbaşı məhəlləsi ilə bağlı yeni saxtakarlıqlar etməyə başlayıb.

Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, İrəvan və Fransanın şəhəri Lionun rəhbərliyinin birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın tarixi şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsinin “rekonstruksiyası” ilə bağlı layihə hazırlanır.

Məlumata görə, artıq Lionun meri İrəvana səfər edərək həmin ərazilərə baxış keçirib. Ermənilər fransızlarla birləşərək Azərbaycan xalqına məxsus Təpəbaşı məhəlləsinin real tarixi izlərini silmək niyyətindədir.

Xatırladaq ki, 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», “Dəmirbulaq”, “Dərəkənd”, “Təpəbaşı”) ibarət olub.
“Təpəbaşı” Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.

Bu tarixi faktlar bir daha sübut edir ki, “Təpəbaşı” İrəvanın əsasını təşkil edib və birbaşa Azərbaycan tarixi ilə əlaqədardır.

Qeyd edək ki, ötən il İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO