Türkiyədən Rusiyaya sərt reaksiya: «Krımdakı əməliyyatlara son verilsin»

Türkiyədən Rusiyaya sərt reaksiya: «Krımdakı əməliyyatlara son verilsin»

Hazırda oxunan: Türkiyədən Rusiyaya sərt reaksiya: «Krımdakı əməliyyatlara son verilsin»
12275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ötən gün səhər saatlarında Krımda soydaş Krım tatar türklərinin evlərinə edilən basqınları və tutulma qərarlarını narahatlıqla qarşılayırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Rusiyadan imtina edib Çini seçdi


“Krım yarımadasında yerli nümayəndə olan Krım tatarlarına qarşı bu cür tədbirlərə son verilməsinə çağırırıq.

Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında olmağa davam edəcək”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, son 2 gündə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın işğal altındakı Krım yarımadası daxil olmaqla ölkənin bir çox regionunda terrorçuluğa qarşı əməliyyatlar keçirib.

Əməliyyatlar zamanı saxlanılan şəxslər terrorçu təşkilatla əlaqədə olmaqda ittiham olunurlar.

Qeyd edək ki, yarımadanın işğalından sonra Krım Tatar Milli Məclisinin “ekstremist təşkilat” olaraq fəaliyyəti yasaqlanıb. Bununla da Məclislə birbaşa əlaqəsi olan 2 500-dən çox tatar ekstremist təşkilat üzvü vəziyyətinə salınıb. Minlərlə tatar yarımadanı tərk edib.

Krım tatarlarının evlərinə, məscidlərə, uşaq evlərinə edilən təzyiqlər və “terror təşkilatına üzv olma” iddiası ilə saxlanılmalar davam edir.

Yalnız 2019-cu ildə Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə 86 əməliyyat keçirib.

Bu basqınlarda 157 nəfər saxlanılıb, 194 nəfər sorğuya çəkilib, 335 nəfər isə həbs edilib.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO