Türkiyəli nazirdən Avrasiya tunelindən keçən 100 milyonuncu sürücüyə SÜRPRİZ – FOTO/VİDEO 

Türkiyəli nazirdən Avrasiya tunelindən keçən 100 milyonuncu sürücüyə SÜRPRİZ – FOTO/VİDEO 

Hazırda oxunan: Türkiyəli nazirdən Avrasiya tunelindən keçən 100 milyonuncu sürücüyə SÜRPRİZ – FOTO/VİDEO 

118368

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Avrasiya tunelindən keçən 100 milyonuncu avtomobilin sahibinə sürpriz edib.

Bizim.Media xəbər verir ki, nazir və onu müşayiət edənlər Avrasiya Tunelinin Anadolu hissəsindəki girişində 100 milyonuncu avtomobilin keçməsini gözləyiblər.

Tuneldən keçən 100 milyonuncu avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən dayandırılıb. Nazir Adil Karaismailoğlu sürücüyə çiçək və digər hədiyyələr təqdim edib.

Nazir Avrasiya tunelindən 100 milyonuncu avtomobilin keçməsi ilə əlaqədar tunel idarəetmə mərkəzində açıqlamalar verib. O qeyd edib ki, Avrasiya Tuneli dünyanın ən uğurlu mühəndislik layihələrindən biridir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO