Putindən Lukaşenkoya: “2023-cü ili Rus dili ili kimi qeyd edək” – VİDEO

Putindən Lukaşenkoya: “2023-cü ili Rus dili ili kimi qeyd edək” – VİDEO

Hazırda oxunan: Putindən Lukaşenkoya: “2023-cü ili Rus dili ili kimi qeyd edək” – VİDEO

111881

Xəbər verdiyimiz kimi, bu gün səhər Rusiya prezidenti Vladimir Putin öz avtomobilində Belarus prezidenti Aleksandr Lukaşenkonu Sankt-Peterburq şəhərində yerləşən Rusiya Muzeyinə gətirib.

Bizim.Media Belarusun “Pul№3” Telegram kanalına istinadən xəbər verir ki, MDB-nin qeyri-rəsmi sammitinin ikinci günü rus incəsənətinin əhatəsində keçirilir.

Hazırda hər iki lider arasında təkbətək görüş keçirilir.

“Belə qeyri-rəsmi atmosferdə biz gözəl interyerlərdə ünsiyyətimizi davam etdirəcəyik. Razılaşdıq ki, 2023-cü ili Rus dili ili kimi qeyd edək və mənə elə gəlir ki, bu gün Rusiya Muzeyində işçi səhər yeməyində görüşmək çox xoş olardı.
Ciddi məsələlərlə bağlı söhbət üçün yaxşı mühit var”, deyə Putin qeyd edib. 

Lukaşenko isə deyib ki, dünən liderlər bir çox məsələləri müzakirə ediblər və bütün məsələlər nəhayət razılaşdırılıb.

Söhbətin hansı razılaşmadan getdiyini o, açıqlamayıb.

Yeri gəlmişkən, tarixdə ilk dəfə Rusiya Muzeyində Rusiya prezidentinin danışıqları keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO