İranda Azərbaycana qarşı təxribatın qarşısı necə alınıb? – FOTO/VİDEO

İranda Azərbaycana qarşı təxribatın qarşısı necə alınıb? – FOTO/VİDEO

Hazırda oxunan: İranda Azərbaycana qarşı təxribatın qarşısı necə alınıb? – FOTO/VİDEO

104865

“İranın Azərbaycana qarşı hərbi-siyasi təxribatları ilə yanaşı, zaman-zaman idman təxribatları da olub. Məsələn, 2017-ci ildə bu ölkədə keçirilən Dünya Kubokunda bizim sərbəst güləş üzrə üzrə milli komandamıza təqdim olunan bayraq tamamilə təhrif olunmuşdu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudov yazıb.

O, həmin dönəmdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olduğunu xatırladıb:

“Bir baş məşqçi və qəlbi vətən eşqi ilə döyünən vətəndaş kimi bunu bayrağımıza olunan hörmətsizlik, həqərat hesab edib, kəskin şəkildə etirazımı bildirdim. Onlar başqa bayrağın olmadığını əsas gətirərək əməllərini pərdələməyə çalışdılar, amma bu bəhanə bizə keçməzdi. Həmin anda üzərimdə götürdüyüm üçrəngli, ay-ulduzlu şanlı Azərbaycan bayrağını təqdim etdim və öz bayrağımızı ucaltdıq. Bir sözlə, o dönəmdə də İranın idman və bayraq təxribatının qarşısını aldıq”.
Firdovsi Umudov qeyd edib ki, bu gün də Azərbaycan müzəffər ölkə olaraq cənub qonşumuzdan gələn bu və ya digər təxribatları önləyir və önləyəcək: “Yaşasın müstəqil və bütöv Azərbaycan!”.


Əməkdar məşqçi bayraq təxribatının qarşısının alınmasına dair videonu da yayımlayıb və bu qeydləri əlavə edib:

“2017-ci il 16 fevralda keçirilən Dünya Kubokunda Azərbaycan Milli Yığma Komandası Gürcüstan komandasını 7:1, Rusiya yığmasını 6:2 hesabı ilə üstələdi. Yarımfinalda Amerika yığması ilə mübarizəmiz başladı və bu məqamda arzuolunmaz hal yaşandı. Ölkəmizi 74 kq çəki dərəcəsində təmsil edən pəhləvanımız  Murad Süleymanov amerikalı idmançı Jordan Barozu 5:1 xal hesabı ilə məğlub etdiyi halda iranlı hakimlər açıq-aydın qərəz nümayiş etdirərək idmançımıza 3 dəfə xəbərdarlıq edib, onu xalçadan uzaqlaşdırdılar. Bununla da amerikalı idmançının qalibiyyətini təmin etdilər.
Hətta idmançımız M.Süleymanov xalçada amerikalı rəqibi ilə görüşü zamanı fars pərəstişkarların amerikalı idmançını dəstəklədiyini aydın görürdük. Bu da onların Azərbaycana qarşı məkrli yanaşmalarının bariz nümunəsidir.  Həmin yarışda yığmamız bürünc medal uğrunda qardaş Türkiyə yığması ilə qarşılaşdı və 7:1 hesabla qalib gəldi”.

Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO