Moderator.az -ın verdiyi xəbərə görə, Danimarkanın paytaxtı Kopenhagendə 6 yaşında kiçik bir qıza hücum edən it, hadisə yerinə gələn 6 polis tərəfindən vurularaq təhlükəsiz hala gətirilib.
Hadisə, Refsnesgade prospektində meydana gəlib. 6 yaşındakı bir qız uşağı "bullterrier" cinsi olan düşərgə itinin hücumuna məruz qalıb. İtin sahibi və qız uşağının ailəsi, kiçik qızı qurtarmaq üçün böyük səy göstərsə də, itin dişləməsinə mane ola bilməyiblər.
Hadisə yerinə gələn 6 polis isə iti tutmağa çalışan zaman hücuma məruz qalıb. Polis iti vuraraq təhlükəsiz hala gətirmək məcburiyyətində qalıb. Ancaq it öldürülmədən əvvəl kiçik qızın başında 8x10 sm böyüklüyündə dərin bir yara açıb. Müxtəlif yerlərindən dişlənilən qız uşağı dərhal xəstəxanaya aparılıb.
Natasja Alban adlı hal şahidi: "Anamgilə ziyarətə getmişdim 'bu iti dayandırın' səslərini eşitdim. Pəncərədən baxdığımda itin sahibi və uşağın ailəsi itin başına təpik atıb dayandırmağa çalışdığını, amma itin qızı buraxmadığını gördüm. Sonra polislər gəldi, onlar da dayanadıra bilmədikdə iti vurmaq məcburiyyətində qaldılar" deyib.
İtin sahibi 27 yaşındakı qadın isə itinin oynamaq istədiyini, kiçik qızın qorduğu üçün dişlədiyini ifadə edib. Təhlükəsizlik Müdirliyindən olan Bo Ludvigsen hal şahidlərinin ifadəsinə görə itin ipli olduğunu, ancaq bir halda sahibinin əlindən xilas olub kiçik qıza hücum etdiyini söylədiklərini ifadə edib.
Sahibinin itini vuran polislərə tüpürməsi və itinə sahib ola bilmədiyi üçün məhkəməyə çıxarılacağı bildirilib.





































































































