
- A-
- A
- A+
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olundu
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.
Bizim.Media xəbər verir ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Vüqar Məmmədov Aparat rəhbəri təyin edilib.
V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.
Əmək fəaliyyətinə özəl sahədə başlayan V.Məmmədov 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlayıb.
Nazirliyin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi, 2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor müdiri vəzifələrində çalışıb.
Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.
Son təyinatınadək Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































