Psixotrop maddə hazırlayanların cəzası ağırlaşdırılır - Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

Psixotrop maddə hazırlayanların cəzası ağırlaşdırılır - Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

Hazırda oxunan: Psixotrop maddə hazırlayanların cəzası ağırlaşdırılır - Cinayət Məcəlləsinə dəyişiklik ediləcək
63824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və daha ağır sanksiyaların tətbiq edilməsi təklif olunur. 

Bizim.Media-nın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklif olunur. 

Belə ki, layihə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir.

Cinayət Qanununda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir.

Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. 
Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO