Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Hazırda oxunan: Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI
631069
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rieltorlar, brend-menecerlər və interfeys dizaynerləri (UI/UX) öz iş yerlərini başqalarından daha tez-tez dəyişirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "SuperJob" şirkətinin araşdırmasında qeyd olunub.
 

Analitiklərin qeyd etdiyinə görə, ən "sabit dayanmayan" peşə sahibləri rieltorlardır — onlar iş yerlərini orta hesabla hər 1,6 ildən bir dəyişirlər. Siyahıda növbəti yerləri brend-menecerlər (1,9 il) və UI/UX dizaynerlər (2,3 il) tutur.


Rusiyadakı şirkətlərdə nəzərəçarpan kadr axını biznes-analitiklər və inkişaf üzrə menecerlər arasında da müşahidə olunur. Onlar bir iş yerində orta hesabla 2,6 ildən çox qalmırlar.

Ən sabit kadrlar kimlərdir?

Ən sabit işçilər isə tibb bacıları, auditorlar və ixtisaslı fəhlələr hesab olunurlar. Məsələn, tibb bacısının bir işəgötürənin yanında orta iş müddəti 8 ilə çatıb. Auditorlarda bu göstərici 6,7 il, ixtisaslı fəhlələrdə isə 6,6 ildir.

İş yerini nadir hallarda dəyişən TOP-5 peşə arasında dördüncü və beşinci yerləri müəllimlər (orta hesabla 6,1 il) və xarici iqtisadi fəaliyyət üzrə menecerlər (6 il) bölüşürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO