Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Hazırda oxunan: Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib
629251
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib.

ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin edildiyi sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, iaşə xidməti və s. olub.

Bildirilib ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

Qeyd edilib ki, kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO