Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Hazırda oxunan: Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ
625171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.

“Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində Audiovizual Şura sözünün Media və Yayım Şurası sözü ilə əvəzlənlənməsi təklif edilib.

Həmçinin, “Media haqqında” Qanunun əsas anlayışlarında Audiovizual sözünün Media və Yayım Şurası sözü ilə dəyişdirilməsi təkliflərdə yer alıb.

Sənədə əsasən, yeni qurum televiziya və radio ilə yanaşı, çap və onlayn medianın da tənzimlənməsində iştirak edəcək, ümumilikdə media sektoruna nəzarət edən səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO