Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Hazırda oxunan: Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
620361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb”.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Qeyd olunub ki, Azərbaycan bölməsi üzrə tədris dili fənnindən Sumqayıt şəhəri və Qəbələ rayonu, ədəbiyyat fənnindən Mingəçevir şəhəri və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və İsmayıllı rayonu, fizika fənnindən İmişli rayonu, biologiyadan Sumqayıt şəhəri, Abşeron və Şəki rayonları bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır.

“Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar”,- məlumatda bildirilib. (Mənbə: Teleqraf.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO