“Samsung” 5 dollar qənaət etmək üçün Çin displeylərindən istifadə edəcək

“Samsung” 5 dollar qənaət etmək üçün Çin displeylərindən istifadə edəcək

Hazırda oxunan: “Samsung” 5 dollar qənaət etmək üçün Çin displeylərindən istifadə edəcək
615055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Samsung” şirkəti baza modeli olan “Galaxy S27”nin bəzi versiyalarında Çinin BOE şirkətinin istehsalı olan OLED displeylərdən istifadə etmək imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "GizmoChina" nəşri tədarük zəncirindəki məlumatlara istinadən xəbər verir.

Mənbələrin verdiyi məlumata görə, bu mümkün qərarın səbəbi istehsal xərclərinin azaldılmasıdır. İddia olunur ki, BOE panelləri “Samsung Display”in analoqlarından təxminən 5 dollar daha ucuz başa gəlir. Milyonlarla cihazın istehsalı zamanı bu fərq şirkət üçün nəzərəçarpacaq dərəcədə qənaət təmin edə bilər.
 

Bununla belə, “Samsung Display”in ekranların əsas tədarükçüsü statusunu qoruyub saxlayacağı, BOE-nin isə əlavə tərəfdaş kimi çıxış edəcəyi gözlənilir. “Samsung” artıq bəzi orta seqment smartfonlarında digər istehsalçıların, o cümlədən TCL CSOT-un displeylərindən istifadə edir, lakin BOE-nin flaqman “Galaxy S” xəttində görünməsi daha diqqətçəkən bir dəyişiklik ola bilər.


Həmçinin bildirilir ki, “Galaxy S27”nin baza versiyası daha köhnə OLED materiallar dəsti ilə təchiz oluna bilər. Ehtimal olunur ki, bu da istehsal xərclərini azaltmaq istəyi ilə bağlıdır.

Qeyd edilib ki, komponentlərin, o cümlədən DRAM yaddaşının qiymətinin artması smartfon istehsalçılarına təzyiqi gücləndirir və onları xərcləri optimallaşdırmaq yollarını axtarmağa məcbur edir.

“Galaxy S27” seriyasının 2027-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO